POS terminal aparatının nasaz olmasına və ya olmamağına görə satıcı məsuliyyət daşıyırmı? -

POS terminal aparatının nasaz olmasına və ya olmamağına görə satıcı məsuliyyət daşıyırmı? - HÜQUQ MƏSLƏHƏTİ

11 Dekabr 2023

Sual: Evimizin yaxınlığında olan ərzaq mağazasından hər dəfə al-ver edərkən bank kartı ilə POS terminal vasitəsi ilə ödəmək istədiyimi bildirsəm də, satıcı gah Pos terminal aparatının olmadığını və ya nasaz olduğunu bəhanə edərək nəğd ödəniş etməyə məni yönləndirir. POS terminal aparatının nasaz olmasına və ya olmamağına görə satıcı məsuliyyət daşıyırmı?

Cavab: Bəli, məsuliyyət daşıyır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə vergi ödəyicisinə, təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000, ikinci dəfə yol verildikdə 3000, üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Sualı cavablandırdı: Culfa rayon prokurorunun köməkçisi III dərəcəli hüquqşünas - Heydər İbrahimli