
Pərviz Şahbazov Fatih Birolla görüşüb
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolla görüşüb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə nazir “X” sosial şəbəkə hesabında bildirib.
Nazir görüşdə COP29-un nəticələri, xüsusilə enerji təşəbbüslərinin əhəmiyyəti, eləcə də qlobal enerji bazarında vəziyyət və Agentliklə əməkdaşlığa dair fikir mübadiləsi apardıqlarını vurğulayıb.