Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Ağdama səfər edib -

Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Ağdama səfər edib - FOTO

03 Oktyabr 2024

Oktyabrın 3-də “İqlim dəyişikliyi və İnsan Hüquqları: Ombudsman və Milli İnsan Hüquqları İnstitutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçılarının Ağdama səfəri təşkil olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Beynəlxalq forumdan sonra xarici ombudsmanların və milli insan hüquqları təsisatları rəhbərləri işğaldan azad edilmiş Ağdam və Tərtər şəhərlərinə səfər ediblər.

Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Ağdam rayonunun Sarıcalı kəndində minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.

Səfər iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən aparılan minatəmizləmə işləri barədə məlumat verilib.

Sonra Ağdam Cümə məscidində və İmarət Kompleksində Azərbaycan dövləti tərəfindən həyata keçirilmiş təmir-bərpa işləri ilə tanış olublar.

Qeyd edək ki, səfər zamanı xarici ombudsmanlar və milli insan hüquqları təsisatlarının rəhbərləri Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə baxış keçirib. Ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə talan edilmiş, yandırılmış, dağıdılmış şəhərlərin azad edilmiş ərazilərin bərpası və yenidən qurulması barədə qonaqlara geniş məlumatlar verilib.

Sonda səfər çərçivəsində Tərtər rayon "Vətən bağı-Şəhidlər” parkında ağacəkmə aksiyası keçirilib.