Ombudsman Günay Rzayeva muxtar respublika sakinləri ilə görüş keçirib -

Ombudsman Günay Rzayeva muxtar respublika sakinləri ilə görüş keçirib - FOTO

27 Fevral 2024

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) müxtəlif əlamətdar günlərlə əlaqədar rayonlarda aksiyalar, vətəndaş görüşləri keçirir.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə Ombudsman Günay Rzayeva muxtar respublikanın bütün rayonlarında vətəndaşlarla görüşüb, onların hüquqlarının müdafiəsini həyata keçirib.

Görüşlər zamanı müraciət edən vətəndaşlardan 40-nın müraciəti araşdırma üçün icraata qəbul edilib. Digər müraciətlərlə bağlı vətəndaşlara yerində köməklik göstərilib, hüquqi məsləhətlər verilib.

Qeyd edək ki, daxil olan müraciətlərin əksəriyyətini əmək, sosial təminat, mülkiyyət, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ təşkil edib.

Mənsurə Hümbətova