Ölkəyə qanunsuz gətirilən planşet və mobil telefonlar aşkarlandı

Ölkəyə qanunsuz gətirilən planşet və mobil telefonlar aşkarlandı

06 Dekabr 2024

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində mobil telefon və planşetlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" Komitəyə istinadən xəbər verir ki, Abu-Dabi-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yükündən gömrük orqanlarına bəyan edilməyən müxtəlif markalı 8 ədəd planşet, 4 ədəd notbuk, 8 ədəd qulaqlıq, 4 ədəd “Apple Pencil Pro” markalı qələm, 4 ədəd “İphone 15 Pro 128 GB” markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.