Naxçıvanın məscidlərində Aprel şəhidləri yad edilib - FOTO
Aprel döyüşlərinin 9-cu ildönümündə Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında yerləşən məscidlərdə Aprel şəhidlərinin ruhuna dualar oxunub, Qurani-Kərimdən ayələr oxunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi, Naxçıvanın bütün məscidlərində yad edilib.
Dualar zamanı şəhidlərimizin vətən uğrunda göstərdikləri şücaət və fədakarlıqdan bəhs olunub, onların ruhlarına rəhmət dilənib. Məscidlərdə keçirilən bu xatirə mərasimləri, həm də xalqın birlik və vətənpərvərlik ruhunu daha da möhkəmləndirilməsi məqsədi daşıyıb.
Aprel döyüşləri Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi yolunda verilən mübarizənin simvolu olaraq, hər il ölkəmizdə müxtəlif tədbirlərlə anılır.