Naxçıvanda zəlzələ olub

Naxçıvanda zəlzələ olub

20 Aprel 2024

İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.

Zəlzələ yerli vaxtla saat 22:01-də Naxçıvan stansiyasından 76 km cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ qeyde alınıb. Zəlzələ Naxçıvan MR-nın Naxçıvan, Ordubad, Culfa, Şahbuz, Babək rayonlarında 3 bala qədər hiss olunub.

Zəlzələnin maqnituası 4.6, dərinliyi 4 km olub.

Mənsurə Hümbətova