
Naxçıvanda sentyabrın 29-na olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında sentyabrın 29-na gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Saniyədə 5-10 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 21-26° isti olacağı gözlənilir.