Naxçıvanda özəlləşdirilən dövlət əmlakının sayı kəskin artıb
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-oktyabr ayları ərzində 197 dövlət əmlakı özəlləşdirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar 2,4 milyon manatdan artıq olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 53,8 faiz çoxdur.