Naxçıvanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Naxçıvanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

21 Aprel 2025

Babək Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Babək rayonu ərazisində hərəkətdə olan “VAZ” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Nəqliyyat vasitəsini idarə edən Ş.Məmmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin narkotik vasitə istifadə etdiyi məlum olub. Ş.Məmmədov barəsində protokol tərtib edilib.