Naxçıvanda dələduzluq edən şəxs saxlanılıb

Naxçıvanda dələduzluq edən şəxs saxlanılıb

22 Aprel 2025

Daxil olan müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə işə düzəltmək adı ilə bir neçə şəxsin xeyli miqdarda pul vəsaitini mənimsəyən, əvvəllər də məhkum olunmuş Culfa rayon sakini Yusifov Araz saxlanılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, faktla bağlı Babək Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir .

A.Yusifovun əməllərindən zərər çəkmiş digər şəxslər varsa bu barədə polis orqanlarına məlumat vermələri xahiş olunur.