Naxçıvanda 8 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb

Naxçıvanda 8 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb

24 Aprel 2025

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hadisə şəhərin Babək məhəlləsində qeydə alınıb. Belə ki, "Nissan" markalı avtomobil yolu keçən 2016-cı il təvəllüdlü Naxçıvan şəhər sakini Hüseynov Vaqif Şirməmməd oğlunu vurub. Yaralı dərhal Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.