Naxçıvanda KOB subyektlərinə göstərilən xidmət sayı artıb

Naxçıvanda KOB subyektlərinə göstərilən xidmət sayı artıb

04 Oktyabr 2024

2024-cü ilin 9 ayında biznesə dəstək məqsədilə Naxçıvan, Babək, Şərur və Ordubad şəhərlərində yeni yaradılan Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən 41500-dən çox xidmət göstərilib ki, bunun 91 faizi KOB subyektlərinin payına düşür. Mərkəzlərdə göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98 faiz təşkil edir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Naxçıvan Muxtar Respublikanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov Naxçıvanda keçirilən “KOB FEST” sərgi-satış yarmarkasında bildirib.