Naxçıvanda sənaye istehsalı azalıb

Naxçıvanda sənaye istehsalı azalıb

19 Dekabr 2024

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında 430 milyon 491 min 100 manatlıq sənaye məhsulu istehsal edilib.

Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, bu, 2023-cü ilin müvafiq dövründəki göstəricidən 1,3 % azdır.

Sənaye məhsulunun 378 milyon 330 min 900 manatı və ya 87,9 %-i malların, 52 milyon 160 min 200 manatı və ya 12,1 %-i isə xidmətlərin payına düşüb.

Sənaye məhsulunun 0,2 %-i mədənçıxarma, 82,4 %-i emal, 16,1 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,3 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.