
Naxçıvanda iyulun 13-nə olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında iyulun 13-nə gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhəri və muxtar respublikanın digər rayonlarında havanın əsasən yağmursuz olacağı, lakin Culfa və Ordubad rayonlarının bəzi dağlıq ərazilərinə qısa müddətli yağış yağacağı gözlənilir. Saniyədə 8-13 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° olacağı gözlənilir.