Naxçıvanda iyulun 12-nə olan hava proqnozu

Naxçıvanda iyulun 12-nə olan hava proqnozu

12 İyul 2024

Naxçıvan Muxtar Respublikasında iyulun 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhəri və muxtar respublikanın digər rayonlarında havanın əsasən yağmursuz olacağı gözlənilir. Saniyədə 5-10 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° olacağı ehtimal olunur.