Naxçıvanda gənc oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Naxçıvanda gənc oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

03 Mart 2024

Naxçıvanda gənc oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, 2005-ci il təvəllüdlü Abbaslı İsmayıl Yəhya oğlunu bıçaqlamaqda şübhəli bilinən 2005-ci il təvəllüdlü Kərimov Tural Vəli oğlu artıq saxlanılıb.

Qeyd edək ki, hadisə dünən olub. Yaralı Naxçıvan Sağlamlıq Mərkəzinə aparılaraq əməliyyat olunub. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Naxçıvan Sağlamlıq Mərkəzinin uzman həkimi İlyas Məmmədyarov bildirilib ki, əməliyyat uğurla başa çatıb: "Xəstə Abbaslı İsmayıl Yəhya oğlu xəstəxanamıza saat 8-də daxil olub. Daxil olarkən çox qan itirmişdi. Hadisə zamanı onun şah damarı kəsilib. Onun ayağından damar çıxaraq kəsilmiş damarına onardıq. Hazirda vəziyyəti orta-ağırdıq".

Mənsurə Hümbətova