Naxçıvanda fevralın son gününə olan hava proqnozu

Naxçıvanda fevralın son gününə olan hava proqnozu

29 Fevral 2024

Naxçıvan Muxtar Respublikasında fevralın 29-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Kəngərli və Şərur rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 5-10° isti olacaq.

Mənsurə Hümbətova