Naxçıvanda fevralın 25-nə olan hava proqnozu

Naxçıvanda fevralın 25-nə olan hava proqnozu

25 Fevral 2024

Naxçıvan Muxtar Respublikasında fevralın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Naxçıvan şəhərində, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Kəngərli və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı proqnozlaşdırılır.

Mənsurə Hümbətova