Naxçıvanda dekabrın 8-nə olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında dekabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhərində və muxtar respublikanın digər bölgələrində havanın əsasən yağmursuz keçəcəyi və bəzi yerlərdə duman olacağı gözlənilir. Saniyədə 4-9 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° (bəzi yerlərdə 4°-dək şaxta), gündüz 6-11° isti olacaq.