Naxçıvanda avqustun 5-nə olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında avqustun 5-nə gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhəri və muxtar respublikanın digər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, Ordubad və Şahbuz rayonlarının bəzi dağlıq ərazilərinə yağış yağacağı gözlənilir. Saniyədə 5-10 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 31-36° olacağı ehtimal olunur.