Naxçıvanda ASAN Xidmət Mərkəzinin açılış tədbiri keçirilir - YENİLƏNƏCƏK

Naxçıvanda ASAN Xidmət Mərkəzinin açılış tədbiri keçirilir - YENİLƏNƏCƏK

18 May 2023

Naxçıvan şəhərində inşasına 2020-ci ildən başlanan ASAN Xidmət Mərkəzinin açılış tədbiri keçirilir. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 yanvar tarixli Sərəncamına əsasən ASAN Xidmət Mərkəzinin tikintisi üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə vəsait ayrılıb, müvafiq Sərəncamla ASAN Xidmət Mərkəzi yaradılıb, 2 hektara yaxın torpaq sahəsi ayrılaraq xarici görünüşü, daxili dizaynı və tərtibatı ilə fərqlənən bina inşa olunub.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, layihəyə əsasən binanın zirzəmisində yeməkxana, anbar, texniki otaq, qazanxana, bufet, mətbəx, arxiv, digər mərtəbələrdə psixoloji xidmət, həkim, mühafizə, işçilər üçün digər otaqlar, iclas zalı, arxiv və ofis, laboratoriya yerləşir. Mərkəzdə mebel və digər avadanlıqlar quraşdırılıb, həyəti abadlaşdırılıb. Mərkəzdə vətəndaşlara operativlik, məsuliyyət və rahatlıq prinsipləri əsasında müasir tələblərə cavab verən zəruri xidmətlər göstəriləcək.