Naxçıvanda aprelin 19-na olan hava proqnozu

Naxçıvanda aprelin 19-na olan hava proqnozu

19 Aprel 2024

Naxçıvan Muxtar Respublikasında aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Kəngərli və Şərur rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz yüksək dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13°, gündüz 25-30° isti olacağı gözlənilir. 

Mənsurə Hümbətova