Naxçıvan Səhiyyəsi Beynəlxalq Platformada: COP29-da iştirak

Naxçıvan Səhiyyəsi Beynəlxalq Platformada: COP29-da iştirak

20 Noyabr 2024

Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Samiq Sadıxov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) çərçivəsində keçirilən tədbirdə iştirak edir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, nazir, “İqlim dəyişikliyinin sağlamlıqla bağlı təsirlərinə hazırlıq və müdaxilə üçün işçi qüvvəsinin inkişaf etdirilməsi” mövzusunda keçirilən müzakirələrə qatılıb.

COP29-da iştirak, Naxçıvan səhiyyəsinin iqlim dəyişikliyinin sağlamlıq üzərindəki təsirləri ilə mübarizə istiqamətində qlobal əməkdaşlığa töhfə verməsi və beynəlxalq təcrübələri bölgəyə gətirməsi baxımından mühüm bir addım hesab edilir.