Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları şəhid ailələrini ziyarət edib -

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları şəhid ailələrini ziyarət edib - FOTO

24 May 2024

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyi və Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi ilə bağlı keçirilən tədbirlərin davamı olaraq mayın 24-də Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mərkəzi aparatı və tabe rayon (şəhər) prokurorluqlarının əməkdaşları 1-ci və 2- ci Qarabağ müharibələrində iştirak etmiş ümumilikdə 45 şəhid ailəsini ziyarət ediblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ziyarət zamanı Naxçıvan Muxtar Respublikası Prokuroru Sənan Paşayev və rayon (şəhər) prokurorları şəhid ailələrinin qayğıları və problemləri ilə maraqlanıb, şücaətli, cəsur, eyni zamanda vətənpərvər övlad böyütdükləri üçün şəhid valideynlərinə minnətdarlıqlarını bildiriblər.