Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında növbəti vətəndaş qəbulu keçirilib - FOTO
Mayın 24-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev növbəti vətəndaş qəbulu keçirib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, müraciətlər maddi yardım, müayinə-müalicə, iş və əmək münasibətləri habelə digər müxtəlif məsələlər ilə bağlı olub.
Qəbula gələn 27 vətəndaşın problemləri ayrı-ayrılıqda diqqətlə dinlənilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən diqqətə görə öz minnətdarlıqlarını ifadə ediblər.