Naxçıvan karateçiləri beynəlxalq turnirdən medallarla qayıdır

Naxçıvan karateçiləri beynəlxalq turnirdən medallarla qayıdır

11 İyun 2024

Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Open Georgia” beynəlxalq karate turniri keçirilib. İki gün davam edən yarışda 9 yaş kateqoriyasında müxtəlif çəki dərəcələri üzrə mükafatçılar bəlli olub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-dən verilən məlumata əsasən, turnirdə Azərbaycanı təmsil edən 6 muxtar respublika idmançısından 3-ü medalçılar sırasına düşməyə nail olub. “Qapıçıq” Karate-do İdman Klubunun üzvləri olan həmin idmançılar uğurlu çıxış sayəsində ölkəmizin aktivinə 1 qızıl, 2 gümüş medal əlavə etdiriblər.
Kumite yarışlarında iştirak edən Xədicə Bayramova (-30 kq) 10-11 yaş kateqoriyasında rəqbiblərini üstələyərək qızıl medal qazanıb. Nərgiz Həsənli (-61 k)14-15 yaş kateqoriyasında ikinci olub. Kata yarışlarında iştirak edən Kənan Qənbərov (+55 kq) isə 12-13 yaşlılar arasında ikinci yerə layiq görülüb.