Muxtar respublikada suvarma  mövsümünə hazırlıq görülür -

Muxtar respublikada suvarma mövsümünə hazırlıq görülür - FOTO

28 Fevral 2024

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti suvarma mövsümünə hazırlıq işləri görür.

Mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, suvarma mövsümünün mütəşəkkil keçirilməsi, muxtar respublikanın suvarma su təminatının etibarlı təmin olunması, suvarma suyunun itkisiz və vaxtında sahələrə çatdırılması üçün Cəmiyyətin tabe idarələri sistemli şəkildə fəaliyyət göstərir.

Bu məqsədlə idarə əməkdaşları tərəfindən arxlarda və kollektorlarda lildən təmizlənmə işləri aparılıb, hidrotexniki qurğularda, nasos stansiyalarının ehtiyac olan hissələrində cari təmir-bərpa işləri görülüb.

Fevral ayının 27-də Cəmiyyətdə təşkil olunan iclasda suvarma mövsümünü səmərəli başa vurmaq üçün idarə rəislərinə tapşırıqlar verilib, plan-qrafiklər müəyyənləşdirilib.

Mənsurə Hümbətova