Muxtar Respublikada əhalinin sayı artıb

Muxtar Respublikada əhalinin sayı artıb

11 İyun 2024

Naxçıvan Muxtar respublikasında əhalinin sayı artıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Naxçıvan Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, 1 may 2024-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 2718 nəfər və ya 0,6 faiz artaraq 469 min 265 nəfər olub.