Mülki mübahisələrin həlli zamanı Whatsapp yazışmaları sübut hesab oluna bilərmi? -

Mülki mübahisələrin həlli zamanı Whatsapp yazışmaları sübut hesab oluna bilərmi? - HÜQUQ MƏSLƏHƏTİ

04 Oktyabr 2023

Sual: Mülki mübahisələrin həlli zamanı Whatsapp yazışmaları sübut hesab oluna bilərmi?

Cavab: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarına əsasən, whatsapp danışıq və yazışmaları əqdin tərəfləri üçün sirr deyilsə və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmirsə bu sübütlar şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

- Yəni siz həmin şəxslə olan yazışmaları sübut kimi təqdim edib məhkəməyə müraciət edə bilərsiniz. Əgər bu yazışma hər hansı digər şəxslə borc alan arasında olsaydı, o zaman siz bu sübutlardan istifadə edə bilməzdiniz, çünki burda birbaşa əlaqədar tərəf (Siz) deyil, başqa şəxslə olan yazışma sübut kimi təqdim olunur.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi ədliyyə müşaviri - Səttar Əsgərov