Milli Məclisin sədri Belqradda Ümummilli Liderin abidəsini ziyarət edib

Milli Məclisin sədri Belqradda Ümummilli Liderin abidəsini ziyarət edib

25 May 2023

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətinin Serbiya Respublikasına rəsmi səfəri davam edir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti paytaxt Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət edib.

Milli Məclisin sədri abidələrin önünə əklil qoyub.

Xatırladaq ki, Ulu Öndər Heydər Əliyevin Taşmaydan parkında ucaldılmış abidəsinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 2011-ci ildə olub. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin abidəsinin paytaxt Belqradın Taşmaydan parkında ucaldılması ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir.