Milli Məclisdə su təsərrüfatı ilə bağlı dinləmələr keçirilir
Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda dinləmələr keçirilir.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, dinləmələri parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi ilə Aqrar siyasət komitəsi birgə təşkil edib.
Dinləmələrdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva və digər rəsmilər iştirak edir.
Mənsurə Hümbətova