Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları saxlanılırmı? -

Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları saxlanılırmı? - HÜQUQ MƏSLƏHƏTİ

30 Oktyabr 2024

Sual: Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları saxlanılırmı?

Cavab:

1. Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.

2. Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətdə olan işçilər üçün əlavə təminatların verilməsi nəzərdə tutula bilər.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi,ədliyyə müşaviri - Səttar Əsgərov