
Mərc oyunlarında qazanılmış uduş ər-arvad arasında bölünürmü? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Mərc oyunlarında qazanılmış uduş ər-arvad arasında bölünürmü?
Cavab: Birgə nikah dövründə şansa əsaslanan oyunlarda, mərclərdə və lotoreyalarda iştirak etmək üçün ödəniş edilmişdirsə, belə fəaliyyət nəticəsində əldə edilmiş gəlirlər də ər-arvadın birgə mülkiyyəti hesab olunur.
Sualı cavablandırdı: Culfa rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Heydər İbrahimli