KİV dedikdə nə başa düşülür?

KİV dedikdə nə başa düşülür? - Hüquq məsləhəti

10 Fevral 2025

Sual - Media haqqında Azərbaycan Respublikasının Qanunu əsasən kütləvi informasiya  anlayışı dedikdə nə başa düşürük?

Cavab - Kütləvi informasiya – əldə olunması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, qeyri-məhdud sayda şəxslərə çatdırmaq məqsədilə media subyektləri tərəfindən dərc olunan və (və ya) yayımlanan məlumatlardır.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun
Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov