Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi necə nəzərdə tutulubdur? -

Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi necə nəzərdə tutulubdur? - HÜQUQ MƏSLƏHƏTİ

12 Fevral 2024

Sual: Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi qanunvericilikdə necə nəzərdə tutulubdur?

Cavab: Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.

Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar.

Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir.

Sualı cavablandırdı: Şahbuz rayon prokurorluğunun müstəntiqi I dərəcəli hüquqşünas - Əfqan İsmayılov

Mənsurə Hümbətova