İstanbulda terror aktı törədən Suriya vətəndaşı 1794 il azadlıqdan məhrum edilib

İstanbulda terror aktı törədən Suriya vətəndaşı 1794 il azadlıqdan məhrum edilib

26 Aprel 2024

Türkiyənin İstanbul şəhərində terror aktı törətməkdə ittiham olunan Suriya vətəndaşı Əhlam Əlbaşıra 1794 illik həbs cəzası verilib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Onun PKK terror təşkilatının sifarişi ilə terror aktını törətdiyi bildirilib.

Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Taksim meydanında törədilmiş terror aktı nəticəsində 6 nəfər həlak olub, 99 nəfər yaralanıb.

Mənsurə Hümbətova