Nazir müavini İran XİN başçısı səlahiyyətlərini icra edəcək

Nazir müavini İran XİN başçısı səlahiyyətlərini icra edəcək

20 May 2024

İranın xarici işlər nazirinin müavini Əli Baqeri XİN başçısı səlahiyyətlərini icra edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, məlumatı İran KİV-i yayıb.

Bildirilib ki, Əli Baqeri, həmçinin İran hökumətinin xarici əlaqələr komitəsinin rəhbəri təyin edilib.

Qeyd edək ki, xarici işlər naziri Hüseyin Əmir Abdullahian mayın 19-da helikopter qəzasında həlak olub.