
İraq Prezidenti COP29-a dəvət olunub
Bu gün Azərbaycan Respublikası Prezidentinin İlham Əliyevin dəvət məktubunu ölkəmizin İraqdakı səfiri Nəsir Məmmədov İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.
Səfirlikdən NAXCİVANXEBERLERİ.COM-a bildiriblər ki, İraq Prezidenti dəvət məktubunu məmnuniyyətlə qəbul edib və COP-29 kimi qlobal xarakterli tədbirə dəvət aldığı üçün Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.
Görüş zamanı Azərbaycan ilə İraq arasındakı əlaqələrin gələcək perspektivləri barəsində geniş fikir mübadiləsi aparılıb.
Mənsurə Hümbətova