![İrandan plastik su qablarında külli miqdarda heroinin Azərbaycana keçirilməsinin qarşısı alınıb](http://admin.naxcivanxeberleri.com/storage/uploads/images/blog/irandan-plastik-su-qablarinda-kulli-miqdarda-heroinin-azerbaycana-kecirilmesinin-qarsisi-alinib-1718091018.jpg)
İrandan plastik su qablarında külli miqdarda heroinin Azərbaycana keçirilməsinin qarşısı alınıb
İrandan Bakıya gətirilən “plastik mətbəx əşyaları və şüşə qablar” yükündə 4 kq 65 qram heroin və 868 qram psixotrop maddə olan metamfetamin aşkar edilib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Dövlət Gömrük İdarəsindən məlumat verilib.
Məlumata görə, Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İran vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə baxış keçirilib: "Yoxlama zamanı yüklərin içərisində plastik su qablarında qablaşdırılmaqla gömrük nəzarətindən gizlədilən külli miqdarda narkotik vasitə aşkar edilib".
Hazırda zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.