İnzibati tənbehlərin məqsədi nədən ibarətdir və hansılardır? -

İnzibati tənbehlərin məqsədi nədən ibarətdir və hansılardır? - HÜQUQ MƏSLƏHƏTİ

07 Sentyabr 2023

Sual: Azərbaycan Respublikası İXM-nə əsasən İnzibati tənbehlərin məqsədi nədən ibarətdir və hansılardır?

Cavab: İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
İnzibati tənbeh növləri aşağıdakılardır:

1. xəbərdarlıq;
2. inzibati cərimə;
3. inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi;
4. fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması;
5. ictimai işlər;
6. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma;
7. inzibati həbs.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi ədliyyə müşaviri - Səttar Əsgərov