İnzibati  protestə baxılma müddətləri necə müəyyən olunub ? -

İnzibati protestə baxılma müddətləri necə müəyyən olunub ? - HÜQUQ MƏSLƏHƏTİ

30 İyul 2024

Sual: İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılma müddətləri necə müəyyən olunmuşdur?

Cavab: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 131-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta törədən şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edildikdə, inzibati həbs barəsində verilmiş qərardan şikayətə və ya protestə həmin şikayətin və ya protestin verildiyi vaxtdan bir gün müddətində baxılır.

Sualı cavablandırdı: Şərur rayon prokurorunun böyük köməkçisi I dərəcəli hüquşünas - Elvin Qulusoylu