İlqar Qasımov: Ana və uşaq ölümü tibb personalı üçün faciədir
Ana və uşaq ölümü hər bir tibb müəssisəsi, tibb personalı üçün ciddi faciədir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı səhiyyə nazirinin müavini İlqar Qasımov bu gün keçirilən BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) 92-ci sessiyasında Azərbaycan Hökumətinin dövri məruzəsinə əsasən CRC tərəfindən qəbul edilən yekun müşahidələrin müzakirəsində deyib.
O qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən Neonotoloji komissiya yaradılıb, hamiləlik və doğuş zamanı baş verən hadisələr araşdırılır:
"Ana və uşaq ölümü hər bir tibb müəssisəsi, tibb personalı üçün ciddi faciədir. Amma analizsiz tibb yoxdur. Hər qadın hamilə ola bilərmi? Bu məsələlər müzakirə edilməlidir. Bu problemlərin həlli üçün reproduktiv sağlamlıqla bağlı işlər görülməsi vacibdir".