![İlham Əliyev: COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq](http://admin.naxcivanxeberleri.com/storage/uploads/images/blog/ilham-eliyev-cop29-a-sedrliyimize-en-texiresalinmaz-meselelerin-helline-qlobal-alemde-tohfe-vermek-furseti-kimi-de-baxiriq-1713872248.jpg)
İlham Əliyev: COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq
Biz öz sədrliyimizə (COP29-a - red.) nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq. Əslində, bu vacibdir.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı səsləndirib.
Dövlətimizin başçısı vurğulayıb ki, biz buna (Azərbaycanın COP29-a sədrliyinə - red) həm də ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi baxırıq.
Mənsurə Hümbətova