Hansı hallarda Nikah etibarsız sayılır? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Hansı hallarda Nikah etibarsız sayılır?
Cavab: Ailə Məcəlləsinin 10—12-ci (Nikahın yaşı - Nikahın bağlanmasına mane olan hallar) maddələrində və 13.7-ci maddəsində (Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.)nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.
Nikah məhkəmə qaydasında etibarsız sayılır.
Nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi ədliyyə müşaviri - Səttar Əsgərov
Mənsurə Hümbətova