Hamilə və ya 3 yaşınadək uşağı olan işçilərin əmək hüquqları pozularsa...

Hamilə və ya 3 yaşınadək uşağı olan işçilərin əmək hüquqları pozularsa... HÜQUQ MƏSLƏHƏTİ

06 Fevral 2025

Sual: Hamilə qadının və ya himayəsində üç yaşınadək uşağı olan qadının, üç yaşınadək uşağını təkbaşına böyüdən kişinin əmək hüquqlarınım pozulmasına görə hər hansı məsuliyyət nəzərdə tutulmuşdurmu ?

Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 164-cü maddəsində hamilə qadının və ya himayəsində üç yaşınadək uşağı olan qadının, həmçinin kişi üç yaşınadək uşağını təkbaşına böyütdüyünə görə onunla əmək müqaviləsini əsassız ləğv etmə cinayət məsuliyyət nəzərdə tutulmuşdur.Həmin əməli törətmiş şəxs iki min manatdan üç min manatadək miqdarda cərimə ilə cəzalandırılır.

Sualı cavablandırdı: Babək rayon prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri - Camal Sadiqov