Gələn il yanvarın 8-dək növbədənkənar Prezident seçkilərinə görə xaricdə seçki məntəqləri yaradılacaq
2024-cü il yanvarın 8-dək səsvermə günü xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılmasına başlanılacaq.
NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, bu, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında təsdiqlənən növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planında əskini tapıb.