Fariz Əkbərov: DNT analizi üçün 2500 manat çox böyük məbləğdir

Fariz Əkbərov: DNT analizi üçün 2500 manat çox böyük məbləğdir

11 İyun 2024

DNT analizi 2500 manatdır, bu çox böyük məbləğdir. Ona görə də yeni doğulan uşaqların kimliyinin elə həmin müəssisələrdə müəyyənləşdirilməsi həyata keçirilməlidir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu təkliflə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında İctimai Şuranın sədri Fariz Əkbərov Azərbaycan Hökumətinin BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) 92-ci sessiyasındakı dövri məruzəsinə əsasən CRC tərəfindən qəbul edən Yekun Müşahidələrin müzakirəsində çıxış edib.

O qeyd edib ki, bu cür addımın atılması sənədsiz uşaqlar probleminin aradan qaldırılmasına şərait yaradacaq.