Ev sahibi kirayə müqaviləsini ləğv edə bilərmi? -

Ev sahibi kirayə müqaviləsini ləğv edə bilərmi? - HÜQUQ MƏSLƏHƏTİ

26 Sentyabr 2023

Sual: Qeyd etmək istərdim ki, mən Culfa şəhərində yerləşən mənzillərdən birində ev sahibi ilə kirayə müqaviləsi bağlayaraq yaşayıram. Ev sahibi dünən kirayə qaldığım evə gələrək kirayə pulunu vaxtında ödəməyimə baxmayaraq aramızda bağlanmış kirayə müqaviləsini ləğv etdiyini və evdən çıxmağımı mənə bildirdi. Bu məsələnin qanunvericiliklə necə tənzimləndiyini bilmək istərdim, yəni ev sahibi kirayə müqaviləsini bu formada, istədiyi vaxt ləğv edilə bilərmi?

Cavab: Xeyr, sizin ev sahibiniz kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilməz. Belə ki, Mülki Məcəllənin 685-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini kirayəçi kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini 2 ardıcıl müddətə gecikdirərsə, 2 dəfədən çox müddət üçün 2 aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan miqdarda əmlak kirayəsi haqqının ödənilməsini gecikdirərsə, ləğv edə bilər. Lakin müqavilə ləğv edilənə kimi kirayəçi müqavilənin ləğvinə səbəb olan əsasları aradan qaldırarsa, müqavilənin ləğvi istisna edilir.

Sualı cavablandırdı: Culfa Rayon Prokurorluğunun böyük müstəntiqi - Tural Tarverdiyev