Emin Əmrullayev Cüzeppe Valditara ilə görüşüb
Elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan İtaliyanın təhsil naziri Cüzeppe Valditara ilə görüşüb.
Elm və Təhsil Nazirliyindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə edilib.